Beyləqanda yol qəzası baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, rayonun girişində qadın sürücü 90 UF 203 "Nissan Teana" markalı avtomobili ilə hərkətdə olarkən idarəetməni itirib. Yol kənarındakı ağaca çırpılan avtomobil daha sonra su kanalına aşıb.

Xəsarət alan qadın sürücü sakinlər tərəfindən xilas edilərək xəstəxanaya çatdırılıb. Hadisə yerinə cəlb olunan qaldırıcı kranın köməyi ilə avtomobil sudan çıxarılıb.

Qəza ilə bağlı araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Qadın sürücü qəza törətdi, avtomobili su kanalına aşırdı - VİDEO Qadın sürücü qəza törətdi - Avtomobili su kanalına aşırdı