“Azneft”dən “Report”a verilən məlumata görə, “Azneft”in Baş direktoru Daşqın İskəndərovun rəhbərliyi ilə “Neftqaztikinti” trestinin rəisi Mirkazım Abbasovun, eləcə də aidiyyəti mütəxəssislərin iştirak etdiyi işçi heyət öncə “Qalmaz” yeraltı qaz anbarı sahəsinə – yeni tikilən kompressor stansiyasında həyata keçirilən tamamlama işlərinə baxış keçiriblər.
Daha sonra isə sözügedən sahənin inzibati binasında texniki müşavirə keçirilib.



