ABŞ-a Venesuelanı təhdid etməyi, iqtisadiyyatını boğmağı və açıq şəkildə beynəlxalq hüququ pozaraq, daxili müharibəyə təhrik etməyi dayandırmağını tövsiyə edirik.
Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. O, Rusiyanın Venesuelada hərbi əməliyyat aparması ilə bağlı yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib:
"Venesuelada ölkə mənafeyini şəxsi məqsədlərindən üstün tutan bütün siyasi qüvvələri dialoqa çağırırıq. Bu dialoqun qurulmasına hər formada kömək etməyə hazırıq".
Sözçü Vaşinqtonun Karakasla bağlı planlarını Moskvanın üzərinə yıxmaq istədiyini vurğulayıb:
"Bu çərçivədə saysız-hesabsız ABŞ hərbi ekspertlərinin Venesuela və qonşu Kolumbiyada nə iş gördüyünü öyrənmək istəyirik. Bundan əlavə, digər qonşusu Braziliya nə üçün Ağ Ev tərəfindən NATO zirvəsinə dəvət edilir? Bunun NATO-nun nizamnaməsinə zidd olduğunu xatırlatmaq istəyirəm".
Milli.Az