Türk Qızılayı təşkilatı İranda baş vermiş təbii fəlakətdən ziyan çəkənlərə yardım göndərib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, qurumun bölgəyə göndərdiyi 5 tır Türkiyə-İran sərhədindən keçərək sel baş verən bölgəyə doğru hərəkət edir.
Tırlarda olan 320 çadır, 500 yataq dəsti, 100 təmizlik vasitəsi, 1625 ədəd yorğan, 360 ailəlik mətbəx dəsti və 60 ədəd soba zərərçəkənlərə paylanılacaq.
Milli.Az