Türkiyədə “Cümhuriyyət” qəzeti ölkəni qarışdırdı (VİDEO)

Türkiyədə “Cümhuriyyət” qəzeti ölkəni qarışdırdı (VİDEO)
23:01 14 Yanvar 2015
155 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə “Cümhuriyyət” qəzetinin "Charlie Hebdo" jurnalının səhifəsini yayımlaması narazılığa səbəb olub.

ANS TV-nin Türkiyə bürosunun məlumatına görə, qəzetin səhifəni dərc etməsi etiraazlara səbəb olub.

"Dünən "Charlie Hebdo" jurnalının 5 milyon tirajla özəl bir sayı çıxdı. Bundan sonra Türkiyənin “Cümhuriyyət” qəzeti dünən gecə açıqlama verdi ki, "Charlie Hebdo" jurnalından bəzi məqamlar qəzetin 14 yanvar tarixli sayında yer alacaq. Daha sonra gecə saat 12 radələrindən etibarən sosial mediyada həm mənfi, həm də müsbət dərəcədə bir çox müzakirələr aparıldı. Məhz dünən gecə saat 12-dən etibarən “Cümhuriyyət” qəzetinin, həm İstanbuldakı, həm də Ankaradakı redaksiyalarının qarşısı polislərlə tərəfindən nəzarətə götürüldü və təhlükəsizlik tədbirləri gücləndirildi. Bu səhər saat 5-də redaskiyadan qəzet çıxarıldığı zaman polislər, xüsusi təyinatlı qüvvələr tərəfindən yoxlanılıb. Daha sonra qəzetin satışına icazə verildi. Hamı “Cümhuriyyət” qəzetinin ön səhifələrində "Charlie Hebdo"la bağlı məlumatlar gözləyirdi. Lakin “Cümhuriyyət” qəzetinin 4 səhifəsində - köşə yazarları tərəfindən yazılan məqalələr var idi. “Cümhuriyyət” qəzetinin baş readaktoru da açıqlama verdi ki, biz sadəcə olaraq bu jurnala dəstək olmaq məqsədi ilə bunu etmişik. Bu gün “Cümhuriyyət” qəzeti Türkiyədə böyük bir reytinq əldə etdi. Belə ki, səhər saatlarında etibarən bütün qəzet köşklərində “Cümhuriyyət” qəzeti satış reytinqlərini qırıb. Hazırda bura Türkiyə çevik polis qüvvələri tərəfindən deyil, İstanbul xüsusi təyinatlı qüvvələr tərəfindən qorunur", deyə ANS-in Türkiyə müxbiri bildirir.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=319747

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR