"Report" xəbər verir ki, bunu Azərbaycan-Rusiya Biznes Şurasının sədri Səməd Qurbanov Bakıda keçirilən "Rusiya sənaye müəssisələrinin Azərbaycandakı biznes missiyası" tədbirində deyib.
Onun sözlərinə görə, Azərbaycan və Rusiyanın biznes şuraları daim əlaqədə çalışırlar.
"Ölkələrimizin işgüzar dairələri arasında əlaqələrin qurulması vacib istiqamətdir. Ən perspektivli vəzifələrdən biri isə üçüncü ölkələrin bazarlarına çıxış üçün birgə layihələrin həyata keçirilməsi və birgə müəssisələrin yaradılmasıdır", - şura sədri bildirib.