“Report” xəbər verir ki, bunu "Fich" Beynəlxalq Reytinq Agentliyinin Bakıda keçirilən illik konfransında "Paşa Bank" ASC-nin İdarə Heyətinin Üzvü, Baş Maliyyə İnzibatçısı
Bəhruz Nağıyev deyib.
B Nağıyevin sözlərinə görə, bununla da bankın kredit portfeli 1,8 mlrd. manata çatacaq. Bankın kredit portfeli 2019-ci il yanvarın 1-nə 1 320 893 min manat təşkil edib.
2007-ci ildə yaradılmış PAŞA Bank Azərbaycanın aparıcı korporativ bankıdır. PAŞA Bank kapital səviyyəsinə görə Azərbaycanın ən iri özəl bankıdır, həmçinin aktivlərinin həcminə görə TOP-3 özəl bankları siyahısına daxildir. 2019-ci il yanvarın 1-nə olan göstəricilərə görə bankın kapitalı 418 148 min manat, aktivlərinin səviyyəsinə görə isə 4 695 milyon manatdan çox olmuşdur.
PAŞA Bankın baş ofisi Bakıda yerləşir, paytaxtda və ölkənin bölgələrində isə 7 biznes-mərkəzi fəaliyyət göstərir. 2013-cü ildən etibarən biz Gürcüstanda təmsil olunur, 2014-cü ildən – Türkiyədə. Törəmə bankları vasitəsilə regional şəbəkə yaradaraq PAŞA Bank beynəlxalq və regional əməkdaşlıq üçün bir sıra yeni imkanlar yaradıb. Bununla Bank bölgənin üç ölkəsində işgüzar prosesləri birləşdirəcək "Bakı-Tbilisi-İstanbul" fəal ticarət üçbucağı yaratmağı planlaşdırır.