Bakı. Ləman Zeynalova - Trend:
Ermənistan tərəfi Dağlıq Qarabağ münaqişəsinin həllində yeni çətinliklər yaradır.
Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə Azərbaycan-Aİ Əməkdaşlıq Şurasının iclasının yekunu üzrə mətbuat konfransında deyib.
Ermənistan müdafiə nazirinin səsləndirdiyi “yeni ərazilər uğrunda yeni müharibə” fikri barədə danışan nazir bildirib ki, bu cür yanaşma yanlışlığa yol açır:
“Biz bu yaxınlarda Vyanada görüş keçirdik və “3+2” formatında bəyanat verdik, 3 saat keçəndən sonra isə Ermənistanın müdafiə naziri dedi: “Mənim formulam var: “ərazilər müqabilində sülh” yox, “yeni ərazilər uğrunda yeni müharibə”. Bu isə yanlışlığa yol açır. Bir tərəfdən bizim əhvalımız müsbətdir, digər tərəfdən isə Ermənistanın müdafiə naziri yeni çətinliklər yaradır. Bu, üzərində işləməli olduğumuz problemlərdən biridir. Fikrimcə, onlar tezliklə başa düşəcək ki, ilhaq siyasəti, separatçılıq beynəlxalq münasibətlərdə işləmir”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin