TV 8 kanalının direktoru Acun Ilıcalının eks xanımı Şeyma Subaşı italiyalı DJ sevgilisini İstanbula dəvət edib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Şeyma Subaşı Mayamidə tanış olduğu sevgilisi Quido Senianı hava limanında özü qarşılayıb. Daha sonra cütlük dostları ilə görüşərək birlikdə restoranda yemək yeyib.
Sevgililər gecə yarıya qədər birlikdə əylənib. Restorandan çıxarkən onların şəkillərini çəkən fotoqrafları görəndə italyan DJ təəccübünü gizlətməyib. Daha sonra cütlük lüks avtomobilə minərək məkandan uzaqlaşıb.