“Report” bu barədə Banka istinadən xəbər verir.
Məlumata görə, “Bank VTB Azərbaycan”ın Korporativ biznesin inkişafı departamentinin rəhbəri Yasin Cəlilov və Pərakəndə biznesin inkişafı departamentinin rəhbəri Dmitri Qalaşev İH-nin üzvləri təyin olunublar.
Y.Cəlilov “Beynəlxalq iqtisadi əlaqələr” ixtisası üzrə “Xəzər” universitetini və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirib, Azərbaycan Dövlət Neft Akademiyasında magistr dərəcəsi alıb. Həmçinin, 2015-2018-ci illərdə Böyük Britaniyanın “Warwick Business School” ali məktəbində MBA dərəcəsi üzrə təhsilini davam etdirib. 1996-cı ildən bank sahəsində çalışır, “Azərbaycan Beynəlxalq Bankı” ASC-də rəhbər vəzifələrdə işləyib. 2018-ci ildən “Bank VTB Azərbaycan”ın Korporativ biznesin inkişafı departamentinə rəhbərlik edir. O, İH-nin üzvü kimi korporativ biznesə, o cümlədən kiçik və orta sahibkarlarla iş, məhsulların hazırlanması, eləcə də təhlil və hesabat kimi istiqamətlərə nəzarət edəcək.
D.Qalaşev isə “Mühəndis-iqtisadçı” ixtisası üzrə Kostroma texnoloji universitetini bitirib. “VTB” qrupunda 2004-cü ildən, “Bank VTB Azərbaycan”da isə 2017-ci ildən çalışır. O, İH-nin üzvü kimi pərakəndə biznenə, o cümlədən bank məhsullarının satışı, şəbəkə və müştəri xidmətlərinin inkişafı, eləcə də bankın pərakəndə müştərilərinə məsafəli xidmətin göstərilməsi kimi istiqamətlərə nəzarət edəcək.

