Dünya Bankı Azərbaycanda iqtisadi artım proqnozunu yaxşılaşdırıb

Dünya Bankı Azərbaycanda iqtisadi artım proqnozunu yaxşılaşdırıb
14:18 5 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Dünya Bankı Azərbaycan iqtisadiyyatının 2020-ci ildə 3,5 faiz, 2021-ci ildə isə 3,7 faiz artacağını gözləyir.

Bu barədə bankın Avropa və Mərkəzi Asiya üzrə yenilənmiş hesabatında qeyd olunur.

Bundan əvvəlki hesabatla müqayisədə Azərbaycan iqtisadiyyatının artımı üzrə proqnoz müvafiq olaraq 0,2 faiz və 1 faiz bəndi yüksəlib.

Hesabatda bildirilir ki, 2018-ci ildə Azərbaycan iqtisadiyyatı orta sürətlə artıb, buna sabit neft hasilatı və daxili tələbata orta artım imkan verib. Nəticədə ötən il real ÜDM 1,4 faiz artıb. Neftdən gəlirlər əhəmiyyətli dərəcədə çoxaldıqca fiskal xərclər və real əməkhaqqı da artıb.

Təbii qaz ixracının artması halında ortamüddətli perspektivdə iqtisadi artımın sürətlənəcəyi proqnozlaşdırılır.

Ötən il qeyri-enerji sektoruna investisiyalar 22 faiz yüksəlib.

Hesabata əsasən, ölkənin beynəlxalq ehtiyatları 5,6 milyard dollaradək artıb. Azərbaycan Dövlət Neft Fondunun aktivləri 38,5 milyard dollara çatıb ki, bu da ÜDM-in 82 faizini təşkil edir. (trend)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/gundem/274707.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR