Xocahəsəndə yolu keçən qadını maşın vurub öldürdü

Xocahəsəndə yolu keçən qadını maşın vurub öldürdü
16:29 5 Aprel 2019
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Xocahəsən qəsəbəsi ərazisində piyada vurulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 4-də saat 10 radələrində Binəqədi rayonunun Xocahəsən qəsəbəsi ərazisində Siyəzən rayon sakini E.Məhərrəmov idarə etdiyi “MAN” markalı yük avtomobili ilə yolu keçən Salyan rayon sakini İlahə Quliyevanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/incident/3041900.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR