Nazir: "Azərbaycan qazı Monteneqronun iqtisadi təhlükəsizliyi üçün böyük əhəmiyyət kəsb edir"

Nazir: "Azərbaycan qazı Monteneqronun iqtisadi təhlükəsizliyi üçün böyük əhəmiyyət kəsb edir"
17:57 5 Aprel 2019
54 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycan qazı Monteneqronun iqtisadi təhlükəsizliyi üçün böyük əhəmiyyət kəsb edir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Monteneqronun iqtisadiyyat naziri Dragitsa Sekuliç deyib.

D.Sekuliçin sözlərinə görə, Monteneqronun SOCAR-la əməkdaşlığına maraq qazlaşdırılma və İoni-Adriatik qaz kəməri layihəsinin reallaşdırılmasında cəmlənib:

"Cənub Qaz Dəhlizi"nin tərkib hissəsi olan bu layihələr Monteneqronun iqtisadi təhlükəsizliyi üçün böyük əhəmiyyət kəsb edir".

Nazir qeyd edib ki, Monteneqronun əsas məqsədi ölkənin enerji təminatının şaxələndirilməsi, eləcə də təhlükəsizlik və etibarlılığının yüksəldilməsidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/744628.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR