Vəfat edən məktəbli qızla bağlı məlumat - RƏSMİ

Vəfat edən məktəbli qızla bağlı məlumat - RƏSMİ
17:54 6 Aprel 2019
113 Digər
Ölkə mətbuatı
A- A+

Bakı şəhər Prokurorluğu və Bakı Şəhəri üzrə Təhsil İdarəsi özünü məktəb binasından atan 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümü ilə bağlı məlumat yayıb.
 
Lent.az həmin məlumatı təqdim edir:
 
"4 aprel 2019-cu il tarixdə Bakı şəhəri Səbail rayonu Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbin VIII sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) məktəbin III mərtəbəsindən yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
 
Xəsarət almış şəxs müalicə olunmaq üçün 1 saylı Şəhər Klinik Xəstaxanasına yerləşdirilmişdir. Aparılan müalicə tədbirlərinə baxmayaraq, o, aprelin 6-da xəstaxanada vəfat edib.
 
Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmış, iş üzrə müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq tədbirləri həyata keçirilir. 
Eyni zamanda, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən qeyd olunan məsələ ilə bağlı xidməti araşdırma aparılır. Hadisə ilə bağlı şəhər prokurorluğu və şəhər Təhsil İdarəsi tərəfindən müvafiq araşdırmalar aparıldığı bir vaxtda kütləvi informasiya vasitələrinin nümayəndələri və sosial şəbəkə istifadəçilərinə araşdırmaların nəticələrini ğözləmək tövsiyə edilir.
 
Onu da qeyd edək ki, bəzi KİV-lərdə hadisənin baş vermə səbəbləri ilə bağlı insanların heysiyyatına toxunan əsassız məlumatlar yayılır və bu kimi hallar peşəkar media prinsiplərinə ziddir.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/310515

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR