"Zirə"nin baş məşqçisi: "Qarşıda bizi çətin mərhələ gözləyir"

"Zirə"nin baş məşqçisi: "Qarşıda bizi çətin mərhələ gözləyir"
21:52 6 Aprel 2019
65 Digər
Ölkə mətbuatı
A- A+

"Hər iki komandaya maraqlı oyuna görə təşəkkür düşür. Həddən artıq gərgin qarşılaşma alındı. Qələbəni kimin qazanacağı sonadək bilinmirdi. Qarşıda bizi çətin mərhələ gözləyir. Bu oyunun üzərində dayanmamalı və gələcəyi düşünməliyik".
"Report" xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Samir Abasov səfərdə "Neftçi"yə 2:4 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXIII tur matçından sonra mətbuat konfransında deyib.
41 yaşlı mütəxəssis oyunun sonlarında baş vermiş insidenti belə şərh edib: "Baqali Daboya uğurlar arzuladığım halda, Emin Mahmudova etirazımı bildirdim. O, hər şeyi etdi ki, İlkin Muradova qırmızı vərəqə göstərilsin. Orxan Sadıqlı isə meydana girmək ixtiyarı olmadığı üçün qırmızı vərəqə aldı. Qaldı özümün əsəbiləşməyimə, mən elə həmişəki Samirəm".
Abasov komandasının çıxışından da narazılıq ifadə edib: "Bu gün "Neftçi" iki standart vəziyyətdə qol vurdu. Bunu futbolçulardan sorğu-sual edəcəyik. Oyunun əvvəllərində özümüz rəqibə qol imkanı yaratdıq. Bilal Həmdi vura bilmədiyini rəqib vurdu. Həmdi həm də bu gün zədələndi. Onun durumuna gələn həftə ərzində baxacağıq. İkinci hissədə oyunçularımız arasında anlaşılmazlıq nəticəsində daha bir qol buraxdıq. Dabonun bu gün yaxşı oynaması bizim müdafiəçiləri pis vəziyyətdə olmalı demək idi. Qış fasiləsindən sonra "Sabah"la matç çıxmaqla bütün oyunlarda inamlı təsir bağışlamışdıq. Bu gün uduzduqsa, deməli, haqlı məğlub olmuşuq".

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/zire-nin-bas-mesqcisi-qarsida-bizi-cetin-merhele-gozleyir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR