Liviya hərbi hava qüvvələri Tripoli aeroportunu bombalayıb

Liviya hərbi hava qüvvələri Tripoli aeroportunu bombalayıb
15:02 7 Aprel 2019
101 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Liviya Milli Razılıq Hökumətinin başçısı Faiz Mustafanın rəhbərlik etdiyi hərbi hava qüvvələri Liviya Milli Ordusunun Tripoli Beynəlxalq hava limanı ərazisindəki mövqelərinə zərbələr endirib. "Report" xəbər verir ki, bu barədə "Al-Arabiya" telekanalı məlumat verib.
Tripoli Beynəlxalq hava limanına Feldmarşal Xəlifə Haftarın başçılıq etdiyi Liviya Milli Ordusu nəzarət edir. Tripoli Beynəlxalq aeroportu 2014-cü ildə gedən ağır döyüşlər zamanı tam dağıdılıb və artıq 5 ildir fəaliyyət göstərmir.
Qeyd edək ki, aprelin 4-də Xəlifə Haftar paytaxt Tripolinin silahlı qruplaşmalardan azad olunması üzrə hərbi əməliyyatın başladığını elan edib. Milli Razılıq Hökumətinin rəhbəri Faiz Sarac özünə tabe olan bütün hərbi birləşmələri tam döyüş hazırlığı səviyyəsinə gətirmək əmri verib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/liviya-herbi-hava-quvveleri-tripoli-aeroportunu-bombalayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR