Azərbaycanın ən yaraşıqlı kişisi tələbəsinə AŞİQ OLDU - VİDEO

Azərbaycanın ən yaraşıqlı kişisi tələbəsinə AŞİQ OLDU - VİDEO
10:33 8 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Azərbaycanın ən yaraşıqlı kişisi” kimi tanınan məşhur model Rüstəm Cəbrayılov yeni filmi ilə tamaşaçıların görüşünə gəlməyə hazırlaşır.

Publika.az xəbər verir ki, bu barədə model özü məlumat verib. O bildirib ki, ekran işi müəllimin öz tələbəsinə vurulmasından bəhs edir:

“Film dram janrındadır, baş rolda tərəf müqabilimi Gülzar Qurbanova canlandırıb. Azərbaycanda müasir kino öz inkişaf dövrünü yaşayır, bununla belə hesab edirəm ki, çox uğurlu layihə olacaq. Astromoniya müəllimi rolunu canlandırmışam və tələbəmə aşiq oluram. İki insanın kədərli sevgi hekayəsi təsvir olunub. Həqiqətən maraqlı və təsirlir filmdir”.

R.Cəbrayılov “Film xoşbəxt sonluqla bitəcəkmi” sualına belə cavab verib: “Bir-birimizə qovuşa biləcəyimiz və ya bilməyəcəyimiz qoy sirr qalsın. Bunu ancaq filmi izlədikdən sonra biləcəksiniz”.

"Caspian Media Holding”in istehsalı ilə çəkilən filmin ssenari müəllifi Nicat Dadaşov, rejissoru Emin Muradovdur.

“Caspian Media Holding”in yaradıcısı Hüseyn Cavadzadənin sözlərinə görə, layihə görkəmli yazarımız MirCəlal Paşayevin eyni adlı əsəri əsasında çəkilib:

“Biz heç vaxt ayrılmarıq! Mən səni heçkəsə vermərəm, mənimsən. Mütləq bu sevgi hərşeyə qalib gələcək deyib ayrılırıq. Ayrılanda da əminliklə biz mütləq görüşəcəyik" deyə söyləyirik. Bəzən sonuncu ehtimal doğru çıxır. Biz görüşürük... Artıq gec olanda. Sevgi incəlik və həssaslıqla yanaşılacaq nazik mətləbdir. Görkəmli yazarımız MirCəlal Paşayevin eyni adlı əsəri əsasında çəkilmiş filmdə də bu mövzulara yer verilib. Ekran işi təxminən bir aydan sonra təqdim olunacaq”.

Xatırladaq ki, azərbaycanlı model 2007-ci ildə “The Best Model of the World” müsabiqəsinin qalibi olub. Bu hadisədən sonra o, Azərbaycanın ən yaraşıqlı kişisi kimi şöhrət qazanıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/274937.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR