Deputat: “Əhalinin artması dövlət siyasətinin müsbət göstəricisi kimi qəbul oluna bilər”

Deputat: “Əhalinin artması dövlət siyasətinin müsbət göstəricisi kimi qəbul oluna bilər”
17:22 8 Aprel 2019
35 Digər
Ölkə mətbuatı
A- A+

“Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə düzgün, düşünülmüş sosial-iqtisadi siyasət aparılır. Bu da vətəndaşların rifahına müsbət təsir göstərir”.
Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Onun sözlərinə görə, Azərbaycan əhalisinin sayının 10 milyona çatması göstərir ki, ölkədə münbit şərait yaradılıb, insanlar yaşamaq üçün daha çox Azərbaycana üstünlük verir: "Azərbaycandan xaricə gedənlərin sayında kifayət qədər azalma müşahidə olunur, ölkəmizdə yaşamaq istəyənlərin sayı daha çoxdur. Əhalinin artması dövlət siyasətinin müsbət göstəricisi kimi qəbul oluna bilər. Hansı ölkədə iqtisadi vəziyyət normaldırsa, dövlət qayğı göstərirsə, orada əhalinin artımı baş verir. Azərbaycan da belə ölkələrdəndir, son 10-15 il ərzində əhalimizin sayı 2.5-3 milyon artıb. Bu, bizim uğurumuzdur. Dövlət başçısının apardığı siyasətin təməlində Azərbaycan vətəndaşı dayanır. Şərait var ki, əhalinin sayı artır”.
Deputat Ermənistanda əhalinin sayının azaldığını vurğulayıb: “Düşmən Ermənistanda əhalinin sayına diqqət edək, orada 10-15 il əvvəl əhalinin sayı 3 milyondan artıq idisə, hazırda təxminən 1.5 milyondur. Ermənistanda iqtisadi böhran hökm sürür, yaşayış səviyyəsi çox aşağıdır, əhali ölkəni tərk edir”.
A.Badamov “1992 - 1993-cü illərdə - AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə əhalinin sayında artım müşahidə olunmurdu” fikrini səsləndirmədiyini də bildirib.


Xəbərin orijinal ünvanı: https://report.az/milli-meclis/deputat-olkede-serait-var-ki-ehalinin-sayi-artir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR