Beynəlxalq Muğam Mərkəzində "Muğam- 2019" Televiziya Müsabiqəsi davam edir

Beynəlxalq Muğam Mərkəzində "Muğam- 2019" Televiziya Müsabiqəsi davam edir
17:52 8 Aprel 2019
Ölkə mətbuatı
A- A+

2019- cu il aprelin 5-də Beynəlxalq Muğam Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə, Azərbaycan Mədəniyyəti Fondunun layihəsi əsasında, Azərbaycan Televiziyasının təşkilatçılığı və Mədəniyyət Nazirliyinin iştirakı ilə  keçirilən "Muğam - 2019"  VII Televiziya Muğam Müsabiqəsinin  növbəti tədbiri şair, qəzəlxan, Əməkdar İncəsənət Xadimi ,Azərbaycanın ilk Dövlət Mükafatı laureatı Əliağa Vahidin yaradıcılığına həsr olunmuşdu.

Milli.Az xəbər verir ki, bütün zamanlarda təravətini qoruyub saxlayan və dünya miqyasında şöhrət tapan Azərbaycan muğamı yeni inkişaf dövrünü yaşayır.

Ustad sənətkarlarla yanaşı, yeni ifaçılar nəsli də öz sözünü deyir. İndi onların da sədası böyük səhnələrdən gəlir və gənclərimiz Azərbaycanın musiqi mədəniyyətini həm yurdumuzda, həm də xarici ölkələrdə layiqincə təmsil edirlər.

İlk dəfə 2005-ci ildə keçirilmiş  həm ölkəmizdə, həm də onun hüdudlarında  kənarda rəğbətlə qarşılanan Muğam Televiziya Müsabiqələrinin laureatları arasında elə xanəndələr var ki, indi onlar özləri muğam sənətini tədris edir, biliklərini və sənət vərdişlərini yeni nəslə ötürürlər.

Müsabiqənin münsifləri xalq artistləri Əlibaba MəmmədovArif Babayev, Səkinə İsmayılova,  Mənsum İbrahimov, Mələkxanım Əyyubova,  Azərbaycan Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Sərdar Fərəcov, Azərbaycan Yazıçılar Birliyinin katibi,  Muğam Televiziya Müsabiqəsi layihəsinin icraçısı İlqar Fəhmidir.
Müsabiqənin başlanğıcında  unudulmaz sənətkar,  Xalq artisti Sara Qədimovanın  ifasında Azərbaycan Televiziyasının Qızıl Fondunda saxlanılan lent yazısı dinlənildi.

Müsabiqə iştirakçılarını müşayiət edirdi:  tarda Rüstəm Müslümov, kamançada Elnur Salahov, balabanda Adil Müslümov, nağarada Səyavuş Kərimov, qanunda Aysu Sadıqova, Udda İdris Hüseynov. Səhnəyə dəvət olunan  müsabiqənin ilk iştirakçısı Zibər Zamanova öz musiqi nömrəsini təqdim etdi. Daha sonra Vəliş Mirzəyev, Türkanə Nəcəfova, Behman Əlayi, Suma Tapdıqova, Rəvan Qaçayev, Nəcibə Məmmədova, Murad Rüstəmzadə və İlahə Rüstəmova çıxış etdilər.

Müsabiqədə Xəyal Hüseynov,Hüseyn Səba,Zülfiyyə Cəbrayılzadə,Zaur Mürsəlov,Qələm Qocamanova,Faiq Əkbərov, Zibər Zamanova,Vəliş Mirzəyev,Türkanə Nəcəfova, Suma Tapdıqova,Rəvan Qaçayev,Nəcibə Məmmədova,Murad Rüstəmzadə,İlahə Rüstəmova 63 bal, Tariyel Vəliyev 62 bal,  Mehin Qarayeva,Əfqan Mahmudov 59 bal topladı.
Müsabiqənin şərtlərinə görə ən az toplayan iştirakçı Behnam Əlayi 58 balla yarışmanı tərk etdi.

Müsabiqənin növbəti tədbiri aprelin 9-da keçiriləcək.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/culture/745302.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR