Ekologiya və təbii sərvətlər naziri Ağcabədidə vətəndaş qəbulu keçirəcək

Ekologiya və təbii sərvətlər naziri Ağcabədidə vətəndaş qəbulu keçirəcək
12:22 9 Aprel 2019
45 Digər
Ölkə mətbuatı
A- A+

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev aprelin 19-da Ağcabədi rayonunda vətəndaşları qəbul edəcək.
Nazirlikdən "Report"a verilən məlumata görə, qəbul saat 10:00-da Ağcabədi şəhərində yerləşən Yeni Azərbaycan Partiyasının inzibati binasında (ünvan: Heydər Əliyev prospekti 213a) keçiriləcək. 
Qəbulda Ağcabədi, Bərdə, AğdamTərtər rayonlarının vətəndaşları iştirak edəcəklər.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün info@eco.gov.az və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi (ünvan: Ağcabədi şəhəri, Ü.Hacıbəyli 206) ilə əlaqə saxlamaları (əlaqə telefonları: 050-386-80-23, 050-565-43-55, 021-27-5-01-53) xahiş olunur.


Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/muxtar-babayev-agcabedide-vetendas-qebulu-kecirecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR