Sumqayıtda sığorta şirkətinin əməkdaşı 11 nəfərə qarşı dələduzluq edib

Sumqayıtda sığorta şirkətinin əməkdaşı 11 nəfərə qarşı dələduzluq edib
14:17 9 Aprel 2019
45 Digər
Ölkə mətbuatı
A- A+

"Günay Sığorta" şirkətinin əməkdaşı 11 nəfərə qarşı dələduzluq edib. 
“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə Sumqayıt şəhərində qeydə alınıb. 
Belə ki, şəhər sakini Mehdi Abbasov idarə etdiyi "KamAZ" markalı yük maşınını sığorta etdirmək üçün həmin şirkətə müraciət edib. Ona şirkətin Anar Aslanov adlı işçisi yaxınlaşaraq nəqliyyat vasitəsini sığorta edəcəyini bildirib və ondan nəzərdə tutulmuş məbləği alıb. Dələduzluq faktı yük maşınına yazılmış cərimələrdən sonra üzə çıxıb. Şirkət ənəkdaşının pulu aldıqdan sonra bildiriş verməsinə baxmayaraq, məbləğin sistemdə öz əksini tapmadığı məlum olub. Zərərçəkmiş Sumqayıt şəhər Polis idarəsinə müraciət edərək ona dəymiş ziyanın geri qaytarılmasını tələb edib.
Məsələ ilə bağlı "Günay Sığorta" şirkətinin rəsmisi Asif Abbasov "Report"un yerli bürosuna vətəndaşın dələduzluqla üzləşdiyini və artıq həmin əməkdaşın işdən kənarlaşdırıldığını bildirib. 
Araşdırmalar nəticəsində onun zərəçəkmiş Mehdi Abbasovla birlikdə 11 nəfərə qarşı dələduzluq etdiyi ortaya çıxıb. 
Faktla bağlı araşdırma aparılır. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/sumqayitda-sigorta-sirketinin-emekdasi-11-nefere-qarsi-deleduzluq-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR