Almaniyanın "Borussiya" (Mönhenqladbax) futbol komandasının yeni baş məşqçisi müəyyənləşib.

Metbuat.az klubun rəsmi saytına istinadən xəbər verir ki, kollektiv yeni mövsümdən etibarən hazırda Avstriya "Zaltsburq"una rəhbərlik edən Marko Rozeyə həvalə olunacaq. 43 yaşlı mütəxəssisin müqaviləsinin hələki detalları açıqlanmayıb. Xatırladaq ki, Almaniyalı baş məşqçi yeni postunda Diter Hekkinqi əvəzləyəcək.

"Borussiya" daha öncə Hekkinqin mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb.

Qeyd edək ki, Marko Roze 2017-ci ildən "Zaltsburq"a rəhbərlik edir.

"Borussiya" klubu yeni

Sizi arıq göstərəcək paltar hiylələri