Azərbaycan, Bakı, 5 may /Trend, müxbir İlhamə İsabalayeva/

AMEA nəzdində Respublka Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, geologiya-mineralogiya elmləri doktoru, Qurban Yetirmişli Rusiya Təbiət Elmləri Akademiyasının Yer təkinin sistemli tədqiqatlar seksiyasının xarici üzvü seçilib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, bu barədə qərarı bu günlərdə Bakıya səfər edən Rusiya Təbiət Elmləri Akademiyasının nümayəndəsi açıqlayıb.

AMEA nəzdində RSXM-də keçirilən toplantıda Q.Yetirmişli Rusiya Təbiət Elmləri Akademiyasının vitse-prezidenti, texnika elmlər doktoru, Yer təkinin sistemli tədqiqatlar seksiyasının sədri , Elmi-sənaye, Neft və Qaz İstehsalı Proseslərinin Tədqiqatları Sistemi İnstitutunun direktoru Əzizağa Şahverdiyev tərəfindən Rusiya Təbiət Elmləri Akademiyasının fəxri diplom və medalı ilə təltif olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az