Aprelin 14-də İçərişəhərdə yerləşən "Art Tover" rəsm qalereyasında Maya Bağırovanın "Paris" adlı fotosərgisi açılıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Frankofoniya həftələri çərçivəsində reallaşan sərgi Fransanın ölkəmizdə səfirliyinin təşkilatçılığı ilə reallaşıb.
Qonalar sərgidə nümayiş edilən fotoşəkillərlə Parisin gözəlliyinin canlı şahidi olublar.
30-dən çox fotoşəkilin yer aldığı sərgi bir gün davam edəcək.
Milli.Az