Ali Məhkəmənin sədri Ramiz Rzayev mətbuat konfransında Bakı Hərbi Məhkəməsi haqda da danışıb.

Metbuat.az "Report"a istinadən xəbər verir ki, Ramiz Rzayev jurnalistlərin heç bir məhkəmə prosesinə buraxılmamasına münasibət bildirərəkən bunları deyib :

"Açıq məhkəmə iclaslarında jurnalistlərin fəaliyyətinə mane olmaq düzgün deyil. Bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev Ali Məhkəmənin 2018-ci ildəki yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

"İstənilən vətəndaş, o cümlədən jurnalistlər açıq məhkəmə iclasında iştirak edə bilər. Azərbaycanda yalnız iki halda qapalı keçirilən məhkəmə iclası var. Onlardan biri dövlət sirri, digəri isə ailə məsələləri ilə bağlı keçirilən iclasdır”, - R.Rzayev əlavə edib.