oskva şəhər məhkəməsi Rusiya "Zenit"inin hücumçusu Aleksandr Kokorin və "Krasnodar"ın yarımmüdafiəçisi Pavel Mamayevin apellyasiya şikayətinə və onların həbs müddətinin uzadılması qərarına baxıb.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, məhkəmə futbolçuların apellyasiya şikayətini rədd edərək, həbs qərarını qüvvədə saxlayıb. Beləliklə onlar sentyabrın 25-dək istintaq təcridxanasında qalacaq.
Bu işdə iştirak edən digər şəxslər - Kokorinin qardaşı Kirill və onların dostu Aleksandr Protasovitskinin həbsxanada saxlanılması davam edəcək.
Qeyd edək ki, futbolçularla birlikdə 4 nəfər ötən il oktyabrın 11-də həbs ediliblər. Onlar Sənaye və Ticarət Nazirliyi Departamentinin rəhbəri Denis Pak, həmçinin aparıcı Olqa Uşakovanın sürücüsü Vitali Solovçuku döyməkdə ittiham olunurlar.
Milli.Az