Təhdid və sanksiyaların faydası olmayacaq və heç bir müsbət nəticə verməyəcək.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Vaşinqtonda çıxışı zamanı Türkiyə-ABŞ münasibətlərini qiymətləndirən Türkiyə prezidentinin mətbuat katibi İbrahim Qalın deyib.

"Əlbəttə, ABŞ-la bu barədə bir qarşıdurma istəmirik, ancaq Türkiyənin qanuni təhlükəsizlik qayğılarını hər kəs nəzərə almalıdır", - Qalın bildirib.

Milli.Az