Praqa, 5 may, AZƏRTAC
Bütün Avropa İttifaqında regional işsizliyin ən aşağı göstəricisi Praqada və Almaniyanın Yuxarı Bavariya əyalətindədir: cəmi 2,5 faiz. Bu rəqəmləri Avropanın “Avrostat” Statistika Agentliyi açıqlayıb. Aİ çərçivəsində işsizlərin çoxu İspaniyanın Əndəlus vilayətində müşahidə olunur: 34,8 faiz. Avropanın 54 regionu və iri şəhərində əmək qabiliyyətli əhalinin 5 faizdən az hissəsi iş tapa bilmir, halbuki 29 regionda, əsasən, İspaniya, Yunanıstan və İtaliyada bu göstərici 20 faizi ötüb.
Çexiyanın əhalinin məşğulluğu sahəsində rəsmi statistikasına görə, Praqada işsizliyin səviyyəsi beş faizdən bir qədər çoxdur.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa