Beynəlxalq Muğam Mərkəzində tələbələrin konserti olub (FOTO)

Beynəlxalq Muğam Mərkəzində tələbələrin konserti olub (FOTO)
04:50 20 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqi sənəti” fakültəsinin “Xalq çalğı alətləri ifaçılığı” kafedrası tələbələrinin konsert proqramı təqdim edilib.

Trend-in məlumatına görə, tədbir Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə "Yeni nəsil dəvət edir" layihəsi çərçivəsində həyata keçirilib.

Konsert Xalq artisti, professor Zamiq Əliyevin bədii rəhbərliyi altında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin xalq çalğı alətləri ansamblının “Bayatı-Şiraz” dəramətinin ifası ilə başlanıb.

Sonra universitetin tələbələrinin ifasında S.Əliyevanın “Ana”, H.Rzayevin “Cahargah rapsodiyası”, V.Adıgözəlovun “Şuşam laylay”, “Laylay”, C.Cahangirovun “Qəzəl”, A.Bəbirovun “Konsert”pyes, S.Kəriminin “Ömrümün istəyi”, D.Dadaşovun “Çinarənin sevinci”, F.Kreyslerin “Məhəbbət sevinci”, A.Piazollanın “Ave Mariya” əsərləri səslənmişdi.
Tədbirin sonunda ADMİU-nun хalq çalğı alətləri orkestrinin kamera heyyətinin ifasında Q.Qarayevin “Ehtiraslı rəqs” və V.Adığözəlovun “Qərənfil” əsərləri ifa edilib.

Konsert maraqla qarşılanıb və gur alqışlarla sona yetib.

Beynəlxalq Muğam Mərkəzində mili ədəbi və mədəni irsin təbliği və inkişafı məqsədi ilə həyata keçirilən tədbirlər və möhtəşəm yaradıcılıq layihələri davam edir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/culture/3049392.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR