Meksikanın Toluka şəhərində (Mexiko ştatı) tullantıların emalı zavodunda yanğın baş verib.

Metbuat.az Trend-ə istinadən bildirir ki, yanğın yerli vaxtla şənbə günü 16:00-da başlayıb. Onun söndürülməsində 12 yanğınsöndürmə briqadası iştirak edir. Hələlik yanğını söndürmək mümkün olmayıb.

Xəsarət alan barədə məlumat yoxdur. Yanğının səbəbləri məlum deyil.

Bu gün 11-ci sinif şagirdləri üçün imtahanlar keçirilir