Hüsniyə yeməyə görə ağladı - FOTO

Hüsniyə yeməyə görə ağladı - FOTO
09:57 21 Aprel 2019
130 Şou
Ölkə mətbuatı
A- A+

"Elə sevinirəm ki, evdəyəm. Bugün ən sevdiyim dostlarıma bir ayda baş verənləri danışıb, baş-beyinlərini nəyi var aparmışam".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Laos və Nepal səfərindən yeni dönən Hüsniyə Məhərrəmova sosial media hesabında yazıb.

"Düşbərə, qutab, təndirdə quzu yemişəm. Laosda bu yeməklər haqda düşünəndə göz yaşlarımı saxlaya bilmirdim. Doyunca gülmüşəm, yağışda gəzib, velosiped sürüb, dondurma yeyib, xoşbəxt evə dönmüşəm. İndi isə Moldovadan gətirdiyim şərabı açıb, "Taxt oyunları"na baxacam" deyə, Hüsniyə məmnunluğunu dilə gətirib.

Qeyd edək ki, Məhərrəmova Laos və Nepalda etdiyi paylaşımlarla medianın gündəmində idi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/748601.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR