ABŞ hökumətindən ŞOK TƏKLİF: "Hizbullah"ın maliyyə mənbəyi barədə məlumata...

ABŞ hökumətindən ŞOK TƏKLİF: "Hizbullah"ın maliyyə mənbəyi barədə məlumata...
23:59 22 Aprel 2019
102 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ hökuməti terror aktlarının təşkilində “Hizbullah” təşkilatına göstərilən maliyyə əməliyyatlarının pozulmasına imkan yaradan məlumat qarşılığında 10 milyon dollaradək mükafat təklif edib.
 
ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə əcnəbi jurnalistlər mərkəzində keçirilmiş brifinq zamanı ABŞ dövlət katibinin diplomatik təhlükəsizlik məsələləri üzrə köməkçisi Maykl Evanoff açıqlama verib.
 
“Biz “Hizbullah”a axan maliyyə dəstəyini dayandırmaq istəyirik və bu məqsədlə ABŞ hökuməti tutarlı məlumat qarşılığında 10 milyon dollaradək mükafat verməklə yanaşı digər tədbirlər də görəcək”, - Evanoff belə deyib.
Onun sözlərinə görə, “Hizbullah”ın maliyyə əməliyyatları barədə xəbər vermək istəyən şəxslər Ədliyyə Nazirliyinin internet səhifəsindən istifadə edə bilər.
 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/312171

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR