Əhməd bəy Ağaoğlunun abidəsi ucaldılsın - Millət vəkilindən təklif

Əhməd bəy Ağaoğlunun abidəsi ucaldılsın -  Millət vəkilindən təklif
15:05 23 Aprel 2019
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Millət vəkili Qənirə Paşayeva bu gün parlamentin iclasında çıxışı zamanı Prezident İlham Əliyevə özünün və ziyalılar adından böyük mütəfəkkirlərdən biri, ictimai xadim Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncamından dolayı təşəkkürünü bildirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Q.Paşayeva bildirib ki, Əhməd bəy Ağaoğlu Azərbaycanın yetişdirdiyi böyük şəxsiyyətlərdən biridir: "Əhməd bəy Ağaoğlu erməni daşnaklarının XX əsrin əvvəllərində dinc azərbaycanlılara qarşı törətdiyi qətliamlara, cinayətlərə qarşı mübarizədə "Difai" təşkilatını quraraq böyük rol oynamışdı. Ziyalılarımız adından müvafiq qurumlara müraciət edərək xahiş etmək istərdim ki, Əhməd bəy Ağaoğlunun əslən Şuşadan, Qarabağdan olduğunu nəzərə alaraq Qarabağ bölgələrinin birində Əhməd bəy Ağaoğlunun heykəlinin, abidəsinin ucaldılması çox yaxşı olardı".

Eyni zamanda onun haqqında filmin çəkilməsi də çox vacib məsələ olduğunu deyən deputat bununla bağlı təklif irəli sürüb: "Xalq şairimiz Sabir Rüstəmxanlı Əhməd bəy Ağaoğlunun həyatından bəhs edən "Difai fədailəri" adlı əsər yazıb və bu əsər əsasında filmin çəkilməsi çox yaxşı olardı".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/749111.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR