Ötən il xarici turistlər Dubayda 22,8 milyard dirhəm xərcləyiblər

Ötən il xarici turistlər Dubayda 22,8 milyard dirhəm xərcləyiblər
04:32 24 Aprel 2019
122 Dünya
Ölkə mətbuatı
A- A+

2018-ci ildə Səudiyyə Ərəbistanı, ABŞ və Böyük Britaniya vətəndaşları Dubaya turizm səfərləri zamanı xərclərin həcminə görə lider olublar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Visa" beynəlxalq ödəniş sisteminin "Visa" kartları ilə icra edilən tranzaksiyalar haqqında hesabatlara əsasən dərc edilmiş məlumatlarında Səudiyyə Ərəbistanından olan turistlər ümumilikdə 4,8 milyard dirhəm, ABŞ-dan olan turistlər - 2,4 milyard dirhəm, Böyük Britaniyadan olan turistlər isə 2 milyard dirhəm xərcləyiblər. İl ərzində "ən bədxərc" turistlərin ilk onluğuna Çin vətəndaşları - 1,3 milyard dirhəm, rusiyalılar - 1,2 milyard dirhəm, hindistanlılar - 1,2 milyard dirhəm, küveytlilər - 1,1 milyard dirhəm xərcləməklə daxildirlər. Sonrakı yerlərdə Oman, Bəhreyn və Avstraliyadan olan turistlər qərarlaşıb.

BƏƏ-yə gələn turistlər tərəfindən "Visa" kartları üzrə tranzaksiyaların ümumi sayı əvvəlki illə müqayisədə 22 faiz artıb. Ümumi gəlirlərin həcmi 2017-ci ildəki 21,7 milyard dirhəmdən (5,94 milyard dollar) 22,8 milyard dirhəmə (6,24 milyard dollar) çatıb. Bununla yanaşı, ən çox vəsait səfərlərə - 9,2 milyard dirhəm, dəbli geyim və aksesuarlara - 3,8 milyard dirhəm, zinət əşyalarına - 2 milyard dirhəm, restoranlarda qidalanmaya - 1,8 milyard dirhəm, həmçinin asudə vaxt və əyləncəyə - 959 milyon dirhəm xərclənib.

Qeyd edək ki, 2018-ci ildə Dubayı 15,8 milyon nəfər ziyarət edib və Əmirliklər buraya gələnlərin sayına görə dünya şəhərləri arasında 6-cı yerdə olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/749119.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR