FIFA 7 futbolçunu ömürlük futboldan uzaqlaşdırıb

FIFA 7 futbolçunu ömürlük futboldan uzaqlaşdırıb
22:05 24 Aprel 2019
79 İdman
Ölkə mətbuatı
A- A+

FİFA İntizam Komitəsi təşkilatın intizam kodeksini pozan səkkiz şəxsi ömürlük futboldan uzaqlaşdırıb.

Milli.Az Oxu.az-a istinadən bildirir ki, onlardan 7-si futbolçu, biri isə menecerdir.

Futbolçulardan Karlon Myurrey, Keyno Tomas (hər ikisi Trinidad və Tobaqo), Xellinqs Mvakasunqula (Malavi), İbrahim Karqbo (Sierra Leone), Seidat Çomoqo (Benin), Leonel Duarte (Kuba), Məhəmməd Salim İsrafil Koxistani (Əfqanıstan) və zimbabveli menecer Kudzanay Şaba danışılmış oyunlara görə futbol fəaliyyətindən ömürlük kənarlaşdırılıb.

Qurum keniyalı Cordc Obino Audiyə isə 10 illik cəza verib. O həmçinin 15 min İsveçrə frankı məbləğində cərimələnib. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/749556.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR