"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, təxminən, iki saat davam edən təkbətək görüşdən sonra Rusiya-KXDR danışıqları iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.
"Hökumətlərarası münasibətlərimizin tarixi, bu günümüz, ikitərəfli münasibətlərin inkişaf perspektivləri haqqında söhbət etdik", - V.Putin təkbətək görüşdən sonra deyib.
Görüşdə həmçinin Koreya yarımadasındakı vəziyyət müzakirə edilib.