Rusiyada tarixi görüş baş tutdu - VİDEO

Rusiyada tarixi görüş baş tutdu - VİDEO
11:17 25 Aprel 2019
95 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya və Şimali Koreya prezidentləri arasında ilk rəsmi görüş başlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Vladimir Putinlə Kim Çen In arasında danışıqlar Rus adasında yerləşən Uzaq Şərq Federal  Universitetinin kampusunda keçirilir.

Liderlər əl-ələ görüşdükdən sonra mətbuata qısa bəyənatlar veriblər.

KXDR rəhbəri bildirib: "Dünyanın bütün diqqəti Koreya yarımadasındakı vəziyyətə yönəlib. Düşünürəm ki, biz bu məsələ ilə bağlı qiymətləndirmə və fikir mübadiləsi aparacağıq və bunu birlikdə həll etməyin yollarına dair çox əhəmiyyətli danışıqlar aparacağıq".

Rusiya prezidenti də görüşün əhəmiyyətli olacağına əminliyini ifadə edib.

Daha sonra tərəflər arasında təkbətək görüş baş tutub. 50 dəqiqə keçirilməsi nəzərdə tutulan görüş bir saatdan çoxdur ki, davam edir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Rusiyada tarixi görüş baş tutdu


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/749646.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR