Kolleclərin qabiliyyət imtahanlarında yeniliklər olacaq

Kolleclərin qabiliyyət imtahanlarında yeniliklər olacaq
11:49 25 Aprel 2019
63 Digər
Ölkə mətbuatı
A- A+

"Bu il orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanlarında bəzi yeniliklərin tətbiq edilməsi planlaşdırılır".
 
ONA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) şöbə müdiri Natiq Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib.
 
O qeyd edib ki, bu il ilk dəfə olaraq kolleclərin “Musiqi sənəti” istiqamətinin müvafiq ixtisasları üzrə musiqi nəzəriyyəsi və solfecio fənnindən imtahanlar test üsulu ilə keçiriləcək: "İmtahanın nəticəsi 30 ballıq şkala ilə qiymətləndiriləcək. 15 və daha yüksək bal toplamış abituriyentlərin nəticəsi məqbul hesab ediləcək".

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/312460

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR