Azərbaycanda kartof və soğanın qiyməti mayın sonu ucuzlaşacaq

Azərbaycanda kartof və soğanın qiyməti mayın sonu ucuzlaşacaq
21:47 25 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Azərbaycanda kartof və soğanın qiyməti mayın sonu ucuzlaşacaq.

Milli.Az bildirir ki, bunu Trend-ə ekspert Vüqar Bayramlı deyib.

V.Bayramlı qiymətin ötən illərlə müqayisədə yüksək olmasına səbəb kimi tələbin təklifi üstələməsini göstərib: "İranda kartofun ixracına qoyulan qadağa da Azərbaycanda qiymətin artmasına səbəb olub".

Ekspert deyib ki, qiymət artımı müvəqqətidir, çünki mayın sonunda yeni kartof bazara çıxacaq.

Qeyd edək ki, hazırda bazarlarda soğanın bir kiloqramının qiyməti 0.70-1.30 AZN, kartofun qiyməti isə 1-1.30 arasında dəyişir.

Xatırladaq ki, aprelin 5-də Nazirlər Kabineti daxili bazarda qiymət artımı müşahidə olunan soğan, kartof və kələmin ixracına əlavə rüsum tətbiq edib. Qurumun qərarı ilə soğan və kələmin ixracına 31 may tarixinədək 1 kiloqram üçün 2 dollar, kartofda isə bu ilin 30 aprelinədək 1 dollar rüsum müəyyənləşdirilib. Burda məqsəd ölkədə yetişdirilən bu məhsulların daha çox daxildə istehlak edilməsidir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/749830.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR