Amerika Film Festivalı - “İnsan Ruhunun Qüdrəti”

Amerika Film Festivalı - “İnsan Ruhunun Qüdrəti”
22:55 26 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

ABŞ-ın Azərbaycandakı səfirliyi “Park Cinema” ilə əməkdaşlıq edərək Bakıda ilk “Amerika Film Festivalı”na sponsorluq edir.

Səfirlikdən Trend-ə verilən məlumata görə, bütün filmlər 2019-cu il mayın 1-5-də “Park Cinema Fleym Touers”-də nümayiş olunacaq və “İnsan Ruhunun Qüdrətini” nümayiş etdirəcək.

“İlk Adam”,”Yaraşıqlı Oğlan”, “Yaşıl Kitab”, “Simonu Sev” və “Bir Ulduz Doğulur” kimi beş əlamətdar və müxtəlif filmlər rus dilində altyazı ilə ingilis dilində nümayiş olunacaq. Biletlərin hər biri 2 manatdır. Biletlər www.parkcinema.az saytında və “Park Cinema” kassalarında da mövcuddur.

ABŞ-ın Azərbaycandakı səfirliyi əməkdaşlığa görə “Park Cinema”ya təşəkkürünü bildirir. Azərbaycan ictimaiyyətini bu mükafat qazanan Amerika filmlərinə baxmağa dəvət edir:

“Amerika Film Festivalı” barədə daha ətraflı məlumatı ABŞ-n Azərbaycandakı Səfirliyinin feysbuk səhifəsinə: www.facebook.com/baku.usembassy və yaxud “Park Cinema”nın rəsmi veb-saytına: www.parkcinema.az müraciət edərək əldə edə bilərsiniz.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/culture/3053032.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR