Mayın 1-dən ümumi təhsil müəssisələrinin tədris digər dildə aparılan bölməsi üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı müsahibədə uğur qazanmış uşaqların I sinfə qəbul üçün məktəb seçiminə start verilir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, bunun üçün valideyn və ya qanuni nümayəndə şəxsi kabinetinə daxil olub məktəb və müəllim seçimini etdikdən sonra müvafiq sənədləri məktəbə təqdim edə bilərlər.
Tədris digər dildə aparılan bölmə üzrə I sinfə qəbul zamanı uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı müsahibənin nəticəsindən narazı qalan vətəndaşların müraciətlərinin cavablandırılması üçün aprelin 15-dən Apelyasiya komissiyası fəaliyyət göstərir. Müraciətləri qeydə alınmış vətəndaşlara cavab verilməsi üçün Apelyasiya komissiyasının fəaliyyəti mayın 1-dək davam edəcək.
Qeyd edək ki, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək məqsədilə I sinfə şagird qəbulu elektron sistem vasitəsilə aparılır. Bu, təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şəffaflığın təmin edilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin əlavə vaxt itkisinin qarşısının alınması və cəmiyyətdə informasiya texnologiyalarından istifadə göstəricilərinin artırılması məqsədlərinə xidmət edir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Birinci sinfə qəbul üzrə 38 mindən artıq sorğu yerləşdirilib
Müəllimlər üçün keçirilən müsabiqənin şəhər mərhələsinin seçim turuna başlanılıb (FOTO)
Məktəbdəki intiharla bağlı cinayət işi başlanıb
Birinci sinfə qəbul üzrə 36 mindən artıq sorğu yerləşdirilib (FOTO)
I sinfə gedəcək uşaqların nitq bacarıqlarının yoxlanılmasına başlanıldı
Başqa dillər üzrə I sinfə qəbul olarkən həmin dili bilmə bacarıqları yoxlanılacaq - Müsahibələrə apreldən başlanacaq (ÖZƏL)
Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başlayır - İştirakçı ölkələrin rəsmilərinin adları açıqlandı
2019-2023-cü illəri əhatə edən Milli Fəaliyyət Planının layihəsi hökumətə təqdim edilib
Bu ərazilərdə işıq olmayacaq
Bakı və bölgələrdə “Gənclərin Məşğulluğu Proqramı”na dair təqdimatlar keçirilib (FOTO)
Azərbaycan vətəndaşları daha çox Türkiyədə insan alverinin qurbanı kimi istismara məruz qalırlar
Qorbaçov danışdı: ABŞ və Rusiya təhlükəli yoldadır
Aprelin 30-da xarici valyutaların manata qarşı məzənnələri
