2019-2023-cü illəri əhatə edən Milli Fəaliyyət Planının layihəsi hökumətə təqdim edilib

2019-2023-cü illəri əhatə edən Milli Fəaliyyət Planının layihəsi hökumətə təqdim edilib
10:37 30 Aprel 2019
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planının layihəsi hökumətə təqdim edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun "Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair" illik məlumatında qeyd edilib.

Sayca 3-cü Milli Fəaliyyət Planının icra müddətinin 2018-ci ildə başa çatması nəzərə alınaraq, insan alverinə qarşı mübarizənin davamlılığının təmin edilməsi üçün 2019-2023-cü illəri əhatə edən yeni fəaliyyət planı hazırlanıb. Aidiyyəti dövlət orqanlarının təklifləri əsasında hazırlanmış layihənin ilkin variantı 67 tədbirdən ibarətdir.

Sənəddə insan alverinə qarşı mübarizədə səlahiyyətli dövlət orqanlarının maddi-texniki təminatının yaxşılaşdırılması, qurbanların reabilitasiyası və müdafiəsi üzrə tədbirlərin keyfiyyətinin yüksəldilməsi, profilaktik işi, cinayət təqibi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və s. mühüm məsələlər əksini tapıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/750862.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR