"Biz artıq Kiçik və Orta Biznes Evinin məkanını müəyyən etmişik. Bura Nərimanov rayonunda olacaq. Hədəf qoymuşuq ki, bu ilin axırına qədər açılış olacaq".
Metbuat.az-ın məlumatına görə, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov bildirib.
Onun sözlərinə görə, biznes evində 30 dövlət qurumunun 110-dan çox xidməti təqdim ediləcək: "Onların nümayəndələri evdə fəaliyyət göstərəcəklər. Alternativ maliyyə mənbələrinə çıxış təmin ediləcək. Sertifikatlar, lisenziyaların verilməsi bir məkanda təşkil ediləcək".
Günay Elşadqızı / METBUAT.AZ