"Qida sahəsində görüləcək işlərdə əsas priorotet insanların sağlamlığıdır"

"Qida sahəsində kifayət qədər işlər və məlumatlandırma aparılmayıb".

Metbuat.az-ın məlumatına görə, bunu "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı"nın təqdimatına həsr olunmuş dəyirmi masada Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev bildirib. Onun sözlərinə görə, qida sahəsində görüləcək işlərdə əsas priorotet insanların sağlamlığıdır:

"Bizim bu sahədə görüləcək işimiz çoxdur. Proqramda məlumat bazası yaradılacaq. Bu baza ilə bütün özəl və dövlət qurumları birgə işləyəcək. AQTA və Kənd təsərrüfatı nazirliyi ilə birbaşa işçi qrupu yaradılacaq və işlər görüləcək. Qida təhlükəsizliyi, Baytarlıq və fitosanitar mövcud vəziyyət araşdırılacaq və bu sahədə problemlərin həlli istiqamətləri üzrə işlər görüləcək".

Nazirin sözlərinə görə, balıq və su resuslarının qida təhlükəsiliyinə nəzratlər edilməlidir:"Bu sahə üzrə də böyük boşluqlar var".

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR