Ərzaq təhlükəsizliyi deyəndə onun sağlamlığı və keyfiyyəti də nəzərdə tutulur:

"Qida təhlükəsizliyilə bağlı proqramın müzakirəsi həm Kənd Təsarrüfatı Nazirliyi, həm də Qida Təhlükəsizliyi Agentliyi üçün vacib sənəddir".

Metbuat.az-ın məlumatına görə, bunu "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı"nın təqdimatına həsr olunmuş dəyirmi masada Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib. Onun sözlərinə görə, qarşıda bir sıra hədəflər var:

"Son illər Prezident İlham Əliyev tərəfindən həyata keçirilən aqrar islahatların əsas məğzi qarşıda qoyulan vəzifələr-birinci ərzaq təhlükəsizliyinin təmin ediləməsi, o cümlədən aqrar sahədə torpaq və su resurslarından düzgün və səmərəli istifadənin təmin edilməsidir".

Nazir qeyd edib ki, ərzaq təhlükəsizliyi deyəndə, təkcə ərzaq yetərliliyi, ərzağın təminatının kəmiyyəti deyil, həmçinin onun sağlamlığı və keyfiyyəti nəzərdə tutulur:

"Ərzaq təhlükəsizliyinin əsas komponentlərindən biri də onun keyfiyyətli, sağlam məhsulla təmin edilməsidir. Təsadüfi deyil ki, Prezidentin qəbul etdiyi siyasi sənədlər əsasında ölkədə qida təhlükəsizliyi beynəlxalq standartlara uyğun qurulması üçün kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlərin əsas məqsədi əhalinin sağlam qidalanmsının təmin edilməsi hesabına cəmiyyətin rifahının təmin olunması və kənd təsərrüfatı, qida-sənaye məhsullarının keyfiyyət göstəricilərinin yüksəldiməsi hesabına bazarda rəqabət qabilliyyətinin artırılmasıdır.

Nazir bildirib ki, bitki və heyvanların xəstəlik, zərərvericilərdən mühafizəsi tədbirlərinin qida təhlükəsizliyi normalarına uyğun aparılması nazirliyin əsas vəzifələrindəndir:

"Dövlər Proqramına uyğun olaraq, Qida Təhlükəsizliyi Agentliyilə birgə heyvanların indentifikasia layihəsinə başlamaq üzrəyik".

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR