"İxrac əməliyyatları ötən ilin müvafiq ayları ilə müqayisədə 2,4 dəfə artıb"

"İndiyədək Azərbaycanda bir neçə istiqəmətdə müəyyən edən proqramlar qəbul olunub. Amma qida təhlükəsizliyi ilə bağlı Dövlət Proqramı hamısından fərqlənir".

Metbuat.az-ın məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev "2019-2025-ci illər üçün Dövlət Proqramı”nın təqdimatına həsr olunmuş tədbirdə bildirib. Onun sözlərinə görə, Dövlət Proqramında bir neçə istiqamət üzrə hədəflər müəyyən edilib:

"Bu Dövlət Proqramının həm dövlət qurumlarının bir yerdə cəmlənməsi, həm də istiqamətlərin müəyyənləşdirilməsi baxımından önəmlidir.

İkinci tərəfdən, əhalinin və cəmiyyətin bütün sahələrini əhata edən, hər bir fərdi maraqlandıran bir proqramdır. Çünki burada əhalinin sağlam qida ilə təchiz olunmasından söhbət gedir.

Ölkəmizdə bütün sahələrdə aparılan islahatları bir arada cəmləyərək, idxal və ixrac əməliyyatlarını gücləndirilməsindən söhbət gedir. Bu proqramın icrası və nəzərdə tutulan tədbirlər planı cəmiyyətin sağlam qida ilə təmin edilmə sində mühüm rol oynayacaq".

DGK sədri bildirib ki, ötən ilin sonlarında idxal və ixrac əməliyyatlarında şəffaflığın təmin edilməsi və bu istiqamətdə prosedurların sadələşdirilməsi yönündə "Yaşıl Dəhliz" buraxılış sistemi tətbiq edildi:

"Proqramın ilk nəticələri bizi sevindirib. İki aylıq nəticələr onu deməyə əsas verir ki, ixrac əməliyyatlarında iştirak edən ixracatçıların ixrac əməliyyatları ötən ilin müvafiq ayları ilə müqayisədə 2,4 dəfə artıb. Bu dövlət proqramının təsdiq olunması və bundan sonra aparılacaq bütün kadr potensialının və qaydalarının yenidən müəyyən edilməsi, beynəlxaq normalara uyğunlaşdırılması və əlçatanlığının təmin olunması, qurumlar arasında əməkdaşlığın vahid şəkildə inteqrasiya olunması və eyni zamanda AQTA-nın kordinasiya rəhbərliyi altında ixrac potensialımız daha da artacaq''.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR