Çempionlar Liqasında

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Metbuat.az xəbər verir ki, ilk yarımfinal mərhələsinin oyunlarından sonra bu ada İspaniya "Barselona"sının futbolçusu Lionel Messi layiq görülüb. Argentinalı hücumçu evdə İngiltərə "Liverpul"unu 3:0 hesabı ilə məğlub etdikləri matçda iki qolun müəllifi olub.

Qeyd edək ki, bu komandalar arasındakı cavab oyunu mayın 7-də olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR