Ulu öndərin Milli Kitabxanaya hədiyyə etdiyi şəxsi kitablarından ibarət sərgi açıldı - FOTO

Ulu öndərin Milli Kitabxanaya hədiyyə etdiyi şəxsi kitablarından ibarət sərgi açıldı - FOTO
21:53 3 May 2019
86 Digər
Ölkə mətbuatı
A- A+

Mayın 3-də Dövlət Gömrük Komitəsinin Akademiyasında Dövlət Gömrük Komitəsi Akademiyası, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası və Bakı Dövlət Universitetinin kitabşünaslıq və nəşriyyat işi kafedrasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Ulu öndər Heydər Əliyevin Azərbaycan Milli Kitabxanasına hədiyyə etdiyi şəxsi kitabları” mövzusunda sərgi-konfrans keçirilib.

Milli Kitabxanadan Publika.az-a bildirilib ki, əvvəlcə tədbir iştirakçıları Dövlət Gömrük Komitəsi Akademiyasının foyesində təşkil olunmuş ulu öndər Heydər Əliyevin Milli Kitabxanaya hədiyyə etdiyi şəxsi kitablarından ibarət sərgiyə baxıblar.

Tədbirdə Dövlət Gömrük Komitəsi Akademiyasının rəisi, gömrük xidməti polkovniki Qulu Novruzov çıxış edərək Ulu Öndərin Azərbaycanın ictimai - siyasi həyatındakı xidmətlərindən, xüsusən təhsil sahəsində apardığı islahatlardan, ölkəmizin sabahı olan gənclərə göstərdiyi diqqət və qayğıdan geniş söz açıb. Bildirib ki, bu günün gəncləri Ümummilli Liderin həyat yolunu, irsini dərindən öyrənməli, onun seçdiyi yolu özlərinə nümunə seçməlidirlər.

Milli Kitabxananın direktoru Kərim Tahirov çıxış edərək xalqımızın taleyində əhəmiyyətli rol oynayan, müasir Azərbaycanın inkişafında əvəzsiz xidmətləri olan dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş danışıb. O deyib ki, Ulu Öndər dörd dəfə Milli Kitabxanada olub və öz şəxsi kolleksiyasından ibarət kitabları kitabxanamıza hədiyyə edib. K. Tahirov söyləyib ki, Heydər Əliyev bu addımı ilə ziyalıların kitablarını kitabxanalara bağışlamaq ənənəsinin əsasını qoyub. Qeyd olunub ki, Ulu Öndərin əməlləri, onun ideyaları hər zaman gənc nəsillər üçün örnək olacaq.

Bakı Dövlət Universitetinin kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslan Ümummilli Liderin xidmətlərindən danışaraq, onun böyük Azərbaycançı, böyük türkçü, vətənpərvər kimi yetişməsində oxuduqları kitabların rolunu vurğulayıb. Knyaz Aslan bildirib ki, bu gün sərgidə nümayiş olunan kitablar dahi liderimizin fundamental biliyə malik olmasının bariz nümunəsidir.

Bakı Dövlət Universitetinin kitabşünaslıq və nəşriyyat işi kafedrasının dosenti Rasim Süleymanov çıxış edərək müstəqil Azərbaycanın qurucusu, banisi, ulu öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsində kitabların əhəmiyyətindən danışıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/elmvetehsil/277633.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR