Bakı. İlhamə İsabalayeva - Trend:

Səhiyyə Nazirliyi Salyanda mikroavtobusun qəzaya düşməsi ilə bağlı məlumat yayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, 1 uşaq aldığı xəsarətlərdən yerində dünyasını dəyişib.

Biri sürücü olmaqla 7 nəfər müxtəlif xəsarətlərlə Salyan Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib. Onlardan 6-sının vəziyyəti normal, birinin vəziyyəti isə ağır stabil qiymətləndirilir.

Qeyd edək ki, hadisə Ələt-Astara magistral yolunun Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. “Vita” markalı avtobus idarəetməni itirərək yoldan çıxıb və aşıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin