Bakıda sərnişin avtobusu qəza törətdi, 3 nəfər yaralandı

Bakıda sərnişin avtobusu qəza törətdi, 3 nəfər yaralandı
20:32 8 May 2019
87 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda sərnişin avtobusunun iştirakı ilə qəza baş verib.

Milli.Az Virtualaz.org-a istinadən xəbər verir ki, hadisə Səbail rayonunda - "Bəhramgur" heykəlinin yaxınlığında qeydə alınıb.

Minik maşını ilə 53 saylı marşrut üzrə hərəkət edən avtobus toqquşub. Nəticədə, 3 nəfər yaralanıb. Toqquşmadan sonra avtobus bir piyadanı da vurub.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov sorğusumuza cavab olaraq bildirib ki, təcili yardimla 3 yaralı xəstəxanaya gətirilib. Onlardan biri azyaşlıdır.

Yaralıların vəziyyəti orta ağır qiymətləndirilib.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/753390.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR